Ramiz Mehdiyevin kürəkənindən Roza Zərgərliyə CAVAB – “Deyilənlərin hamısı yanlışdır”

9-08-2023, 12:35           
Ramiz Mehdiyevin kürəkənindən Roza Zərgərliyə CAVAB –
Xəbər verdiyimiz kimi, müğənni Roza Zərgərli ötən həftə sosial şəbəkə hesabında açdığı canlı yayımda “German Hospital”dan şikayət edib. O bildirib ki, həkim səhvi nəticəsində səhhətində ciddi problemlər yaranıb.

İfaçı vurğulayıb ki, məsələni belə qoymayacaq və münasibətləri hüquqi müstəvidə aydınlaşdıracaq.

Qeyd edək ki, bu tibb müəssisəsi PA-nın sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevə məxsusdur.

Sözügedən iddialarla bağlı İlham Əliyevin də mövqeyini öyrəndik.

TEREF.AZ bildirir ki, sabiq deputat Bizim.Media-ya açıqlamasında Roza Zərgərlinin iddialarını qəbul etməyib.

O, “Deyilənlərin hamısı yanlışdır. Sağ olun”- deyərək telefonun dəstəyini asıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.