Son dövrlərdə: AR Əmək Məcəlləsinin bu qaydada pozulması və işçilərin hüquqlarının pozulması halları çoxalıb və adi hal allb
11-08-2023, 10:48

Son dövrlərdə: AR Əmək Məcəlləsinin bu qaydada pozulması və işçilərin hüquqlarının pozulması halları çoxalıb və adi hal allb. Belə ki:
Hər bir şəxsə məlumdur ki, arzu edilməz işçi ilə əmək müqaviləsinin ləğv edilməsinin ən asan və problemsiz yolu - onunla müddətli Əmək müqaviləsinin bağlanmasıdır.
Müddətli Əməkmüqaviləsi bağlamış işçilərdə müddət 5 ili keçdikdə, həmin müqavilə - müddətsiz Əmək müqaviləsi olur və artıq bu əsasla həmin işçini işdən azad etmək mümkün olmurlar. İşçilərin bir çoxu da əmək müqaviləsinin yenidən müddətli müqavilə olması ilə razılaşmırlar.
Bu halda çox asan və sadə 2 yoldan istifadə etməklə, adını nə istəyirsən qoymaq olar, tazyiq, hədə qorxu, aldatma, qarşılıqlı razılıq və sair, işçilərlə yenidən müddətli Əmək müqaviləsi bağlanılmasına nail olunur:
Birinci halda: 5 ili tamam olmuş işçinin müəyyən razılaşma əsasında müddətli Əmək müqaviləsi ləğv edilir, qısa bir müddət, 1-2 gün keçdikdən sonra həmin işçi ilə yenidən Əmək müqaviləsi bağlanılır. Beləliklə, işçi ilə yeni əmək müqaviləsi bağlamaqla müddətli Əmək müqaviləsi bərpa olunur.
İkinci halda, işçinin VƏZİFƏ VƏ YA PEŞƏ adının dəyişdirilməsi adı altında formal yeni Əmək müqaviləsi bağlanılır və bu zaman Əmək müqaviləsində işçi ilə MÜDDƏTSİZ əmək müqaviləsi bağlanması göstərilmir. Beləliklə də, işçi ilə bu ada altında bağlanmış Əmək müqaviləsində süni yollarla yenidən müddətli Əmək müqaviləsi bərpa olunur.
Hal hazırda da 5 ili tamam olmuş çoxlu sayda işçi ilə, vəzifə və ya peşəsinin adının dəyişdirilməsi və formal müqavilə dəyişikliyi adı altında, 5 il tamam olmaqla müddətsiz əmək müqaviləsi ilə işləyən işçilərin, yeni əmək müqaviləsində əmək müqaviləsinin müddətsiz olması göstərilməmiş və müddətli əmək müqaviləsi kimi rəsmilışdirilmişdir.
Beləliklə, qeyd etdiyim hər 2 halda işçilərlə bağlanmış Əmək müqaviləsi çox asan və sadə yollarla müddətli Əmək müqavilələrinə keçirilir.
Göstərilən bu və ya digər hallarda işçilərin Əmək Məcəlləsində olan bu hüquqlarını bilməsi və bu tələblərə əməl etməsi onlar üçün mühüm əhəmiyyət kəsb edir:
1. Əvvəllər çalışdıqları vəzifə və ya peşələrin adlarının dəyişdirilməsi adı altında belə, öz əvvəlki Əmək müqavilələrində olan şərtlərin tam saxlanılmasını tələb etmək, xüsusən də artıq 5 ili tamam olmaqla MÜDDƏTLİ ƏMƏK MÜQAVİLƏSİNDƏN - MÜDDƏTSİZ ƏMƏK müqaviləsinə keçmiş işçilərdə, yeni əmək müqaviləsində, müqavilənin ikinci bəndində müddətsiz əmək müqaviləsi şərtinin mütləq yazılmasına nail olmaq. Belə ki:
2. Əmək Məcəlləsinə əsasən-müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, MÜDDƏTSİZ ƏMƏK müqaviləsi hesab edilir.
3.Əmək müqaviləsi 2 nüsxədənaz olmayaraq tərtib olunur, tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.
4. Əmək müqaviləsinin hər 2 nüsxəsi, hər iki tərəfdən imzalanmalı və bu müqavilənin bir nüsxəsi sonradan deyil (müəyyən əlavələr və ya düzəlişlər edilməməsi üçün), imzaladığı anda işçiyə verilməlidir.
5. Əmək müqaviləsinin məzmunu, quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.
6. Əmək müqaviləsində mütləq aşağıdakı və digər şərtlər və məlumatlar göstərilməli və tam şəkildə doldurulmalıdır, xüsusən də aşağıdakı hissəsində: işçinin iş yeri, vəzifəsi (peşəsi); ƏMƏK MÜQAVİLƏSİNİN MÜDDƏTİ; işçinin əmək funksiyası; İŞİNİN ƏMƏK şəraitinin şərtləri — İŞ VƏ İSTİRAHƏT VAXTI, ƏMƏK HAQQI VƏ ONA ƏLAVƏLƏR, ƏMƏK məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması və sair.
7. Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək: Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarla işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz.
8. Əmək Məcəlləsində başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.
9. İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər Əmək Məcəlləsi və ya əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarınq pozulmasına görə: maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Azər Quliyev.
Teref.az