Uşaq bağçadan çölə çıxdı: Anası direktordan 15 min pul tələb etdi - Səsyazısı

12-08-2023, 00:05           
Uşaq bağçadan çölə çıxdı:
Bakı şəhərində fəaliyyət göstərən 339 saylı bağçada azyaşlı gözdən yayınaraq küçəyə çıxıb...

TEREF.AZ-ın Oxu.Az-a istinadən məlumatına görə, uşaq tezliklə tapılıb və xoşbəxtlikdən heç bir əlavə narahatlıq olmayıb.

Bağça rəhbərliyi valideynə məlumat verib, tərbiyəçi-müəllim haqqında tənbeh tədbiri görüb, nəzarət tədbirləri artırılıb.

Məsələdən xəbər tutan valideyn bağça rəhbərliyini məsələni ictimailəşdirəcəyi ilə hədələyərək 15 000 manat pul tələb edib.

O, bunu övladını özəl bağçaya qoymaq istəməsi ilə əlaqələndirib və ödənişi dövlət bağçası rəhbərliyinin ödəməsini istəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru