Nəhayət ki, DVX vergi borcu xidmətini elektronlaşdıra bilib

5-09-2023, 11:34           
Nəhayət ki, DVX vergi borcu xidmətini elektronlaşdıra bilib
Dövlət Vergi Xidməti açıqlayıb ki, dövlət satınalmalarında iştirak edən sahibkarlar tərəfindən vergi borcu haqqında arayışın təqdim olunması xidməti elektronlaşdırılıb.
Təqdim edilən arayış “etender.gov.az” portalı vasitəsilə real vaxt rejimində yoxlanılacaq və istifadəçiyə dərhal məlumat veriləcək.
Xidmətin elektronlaşması Antiinhisar Dövlət Xidməti və DVX bazalarının inteqrasiyası əsasında mümkün olub.
Xatırladıram ki, indiyədək sahibkarlar bu xidməti DVX -yə müraciət etməklə kağız formada əldə edirdilər.
Bir həftə ərzində alınan bu arayışı sahibkarlar scan edərək portala yükləyirdilər.
Xatırlayıram ki, məhz bu arayışın təqdim edilməməsinə görə çox sayda sahibkarlar bəzən tenderdə iştirak edə bilmirdilər .
Böyük resurslara malik olan, rəqəmsallaşma səviyyəsi yüksək olan DVX-nin çox gec də olsa vergi borcu xidmətini elektronlaşdırması təqdirəlayiqdir .
Osman Gunduz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru