Mask "Twitter"i almaq üçün külli miqdarda BORC GÖTÜRÜBMÜŞ

6-09-2023, 09:48           
Mask "Twitter"i almaq üçün külli miqdarda BORC GÖTÜRÜBMÜŞ
"Twitter" (indiki "X" sosial şəbəkəsi) sahibi İlon Mask sosial şəbəkəni satın aldığı vaxtda "SpaceX" şirkətindən 1 milyard dollar borc götürüb.

Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşrin əldə etdiyi sənədlərə görə, "SpaceX" Maska məxsus "SpaceX" səhmlərinin bir hissəsi ilə təmin edilmiş krediti 2022-ci ilin oktyabrında təsdiqləyib.

WSJ vurğulayır ki, Mask 2022-ci ilin noyabrında xüsusi razılaşma çərçivəsində pulu faizlə şirkətə qaytarıb.

Qəzetin yazdığına görə, Maskın kapitalının likvidliyi məlum deyil, çünki onun böyük hissəsi "Tesla", "SpaceX" və digər startapların səhmləri ilə bağlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru