Bu, Xanbabayevin başını aşağı salmayacaq? - "Xaçmazın icra başçısının 500 manatı yoxdursa..."

11-07-2016, 17:01           
Bu, Xanbabayevin başını aşağı salmayacaq? - "Xaçmazın icra başçısının 500 manatı yoxdursa..."
Prodüser Tarix Əliyev (Tolik) Aprel döyüşlərində həlak olan şəhid Elvin Mirzəyevin qəbir daşının qoyulmasıyla bağlı xərcləri öz üzərinə götürüb.

AzNews.az xəbər verir ki, bu barədə Tolik sosial şəbəkədə yazıb. O bildirib ki, E.Mirzəyevə mərmərdən baş daşı qoymaq fikirindədir: “Şəhidin qəbrinin üstünü düzəltdirməyə Xaçmazın icra başçısının 500 manatı yoxdursa, mən ona mərmərdən qəbir daşı qoyduraram. Allah vətən uğrunda ölən hər bir şəhidə rəhmət eləsin”.

Qeyd edək ki, Elvin Mirzəyev aprel döyüşlərində şəhid olub. O vaxtdan aylar keçməsinə baxmayaraq, hələ də şəhidə baş daşı qoyulmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru