Akif Çovdarovun vəkilinə danışmaq qadağası
12-07-2016, 11:58
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan Akif Çovdarovun vəkili Sadiq Rəsulov müvəkkilinə yönəlik ittihamlara cavab vermək istəmir. S.Rəsulov jurnalistlərin suallarından yayınmaq üçün telefonu qapadır.
teref.az musavat-a istinadən bildirir ki, A.Çovdarov MTN-in idarə rəisi olduğu illər ərzində adı bir çox qalmaqallarda, "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində, "Azadlıq" qəzetini reportyoru Aqil Xəlilin barmaqlarının sındırılaraq sonradan bıçaqlanmasında, iş adamlarına qarşı ən müxtəlif qanunsuzluqlarda hallanıb. Bu günlərdə jurnalist Eynulla Fətullayev özünün facebook səhifəsində "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovu MTN generalı Akif Çovdarovun öldürtməsi haqda status yazıb. Bundan əvvəl də oxşar iddialarla çıxış edən E. Fətullayev A.Çovdarovu quldur adlandırıb: "Deməli, bu quldur Akif Çovdarov 26 aprel 2006-cı ildə Almaniyada ürəklə bağlı ciddi əməliyyat keçirib. Bu gün vəkili açıqlama verib. 2005-ci ilin martın 2-də isə jurnalist Elmar Hüseynovu qətlə yetirib. 1 il 1 aydan sonra ürəyi dözməyib alçağın. Qorxudan!!! Çünki artıq çoxlarına məlum idi ki, Elmarı bu cəllad qətlə yetirib. Dairə qapanmışdı..."
Vaxtilə "Monitor" jurnalında Elmar Hüseynovla birlikdə çalışan Eynulla Fətullayev ötən ilin noyabrında Akif Çovdarov həbs edilərkən "Elmarın qatili qandallandı" demişdi. Həmin dövrdə Elmar Hüseynovun qətlini araşdırmaq məqsəd ilə yaradılan İctimai Komitənin üzvlərindən olan Şahbaz Xuduoğlu demişdi ki, apardıqları araşdırmalar nəticəsində belə qənaətə gəliblər ki, E.Hüseynovun izlənməsinə Akif Çovdarov başçılıq edib.
A.Çovdarovun vəkili S.Rəsulovla əlaqə saxlamağımız da bu mövzularla əlaqəli idi. Vəkildən müvəkkilinin ünvanına səslənən itihamlara cavab almaq istəyirdik. Lakin vəkil susqunluq nümayiş etdirməklə sualları cavablandırmaqdan yayınır.
Yada salaq ki, S.Rəsulov bir qədər əvvəl "Yeni Müsavat"a müsahibəsində (http://musavat.com/news/musahibe/general-akif-covdarovun-ele-bir-xesteliyi-var-ki_327973.html) müvəkkilinə jurnalistlərin döyülməsi, öldürülməsində iştirakçılıqla bağlı ittihamların verilmədiyini bildirmişdi. Həmin müsahibədən sonra isə vəkil susur.
Xatırladaq ki, A.Çovdarov ötən ilin noyabrında qandallanıb.ən Kənanla Sinəm dünya evinə girən Kenan İmirzalıoğlu və Sinem Kobal , ötən bayramı İspaniyada baş-başa romantik bir tətil edərək keçirdi. Əl ələ küçələrdə gəzən ikitərəfli , bir ara alver turuna çıxdı.