Vağzala gec çatan qatarın sərnişinləri üçün əlavə ödənişsiz avtobuslar və qatarlar təyin edilib

27-11-2023, 08:36           
Vağzala gec çatan qatarın sərnişinləri üçün əlavə ödənişsiz avtobuslar və qatarlar təyin edilib
Elektrik enerjisinin verilməsində yaranmış nasazlığa görə Bakı Dəmiryol Vağzalına gec çatan 717 saylı qatarın sərnişinləri üçün şəhər daxilində əlavə ödənişsiz avtobuslar və qatarlar təyin edilib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.

Bildirilib ki, dünən Ağstafadan Bakıya saat 16:30-da yola düşən 717 nömrəli sərnişin qatarı Goran stansiyası istiqamətində hərəkətdə olarkən elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq səbəbindən bir saatdan çox yolda qalıb. 717 saylı qatarın məlum səbəbdən yolda dayanması nəticəsində eyni marşrut üzrə hərəkət edən 705 saylı qatarın hərəkətində də 30 dəqiqə gecikmə halı qeydə alınıb.
Qeyd edək ki, 717 saylı qatarla səfər edən sərnişinlərə səfər boyu ödənişsiz su və şirniyyat servis edilib. Eyni zamanda ADY sərnişinlərin Bakı Dəmiryol Vağzalından mənzil başına rahat və təhlükəsiz çatdırılması üçün “20 Yanvar” dairəsi, Zığ və Bayıl istiqamətlərinə ödənişsiz avtobuslar, o cümlədən Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt marşrutları üzrə əlavə reys təyin edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru