Bakının daha bir rayonunda köhnə binaların sökülməsinə start verildi- Sakinlərə müvəqqəti kirayə pulu və mənzillər veriləcək

27-11-2023, 10:03           
Bakının daha bir rayonunda köhnə binaların sökülməsinə start verildi-
Bakının daha bir rayonunda binalar plana düşüb.

Söhbət Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Sovet dönəmində tikilən çoxmənzilli binalardan gedir.

28 May küçəsində yerləşən ikimərtəbəli binaların söküntüsünü icra edən şirkət həmin ərazidə hündürmətəbəli bina tikəcəyi üçün vətəndaşlara elə həmin binadan mənzillər təklif edib. Bundan əlavə binaların tikintisi başa çatanadək evləri sökülən vətəndaşlara 400 manat kirayə pulu da veriləcək.

Qeyd edək ki, sakinlərin bir çoxu şirkətin təklifini qəbul edərək evləri tərk ediblər












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru