Komitə rəsmisi: “Azad olunmuş ərazilərə köçürülənlərlə bağlı bəzən yanlış anlaşılma olur”

7-12-2023, 08:29           
Komitə rəsmisi: “Azad olunmuş ərazilərə köçürülənlərlə bağlı bəzən yanlış anlaşılma olur”
“Birinci mərhələdə daha ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlərə öncədən müvafiq yük maşınları təyin edilir, onlar Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Qobu Park -3” yaşayış massivindəki təyinat nöqtəsinə yığışırlar, növbəti gün isə aidiyyəti üzrə azad edilən ərazilərə köçürülürlər”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin direktor müavini Tural Qasımov deyib.

O bildirib ki, bəzən yanlış anlaşılmalar olur, cəmiyyətdə belə bir fikir yaranır ki, köçürülənlər “Qobu Park” yaşayış kompleksinin sakinləridir:
“Amma bu belə deyil. Müxtəlif rayonlarda pansionatda, yataqxanada, daha ağır şəraitdə yaşayan məcburi köçkünlər azad edilən ərazilərə köçürülərkən onlara müvafiq yük maşınları təyin edilir. Bir gün öncədən onların yükləri maşınlara yüklənir və təyinat nöqtəsinə (“Qobu Park-3”) gəlirlər. Növbəti gün isə azad edilən ərazilərə köç karvanı qeyd etdiyim təyinat nöqtəsindən yola salınır”.

Aytac Qasımova












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.