Marketdə satılan köhnə mallar: “İşçimiz yoxdur, ona görə belədir” - VİDEO

18-12-2023, 10:44           
Marketdə satılan köhnə mallar: “İşçimiz yoxdur, ona görə belədir” - VİDEO
Lev Tolstoy və Əlimərdan bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən marketlərin birində köhnə ərzaqlar satılır.

Baku TV-nin əməkdaşı sözügedən marketdə alış-veriş etdiyi zaman vitrində istifadə müddəti keçmiş məhsulların olduğunu görüb. Dərhal market əməkdaşına bu barədə məlumat verib.

Market əməkdaşının verdiyi cavab belə olub:

“Marketin işçisi yoxdur ona görə bu hal yaşanıb”.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, istehlakçılara təqdim olunan qida məhsullarının təhlükəsizliyinin təmin olunmasına birbaşa sahibkarlar məsuliyyət daşıyırlar:

“Vaxtı keçmiş məhsulların istehlaka təqdim olunması yolverilməzdir. İnsanların həyat və sağlamlığına təhlükə törədən hallara qarşı mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək. Görüntülərdə bəhs olunan halla bağlı agentlik tərəfindən yoxlama aparılaraq zəruri tədbirlər görüləcək”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru