Bu binaların sakinləri çaşqınlıq içindədir - səbəb düşündürücüdür (VİDEO)

25-01-2024, 08:44           
Bu binaların sakinləri çaşqınlıq içindədir -
Bakıda bir neçə fərqli yerlərdə və mənzillərdə yaşayan sakinlər eyni ünvanda qeydiyyatdadırlar. Bu isə onlara sənədləşmə işində, əmlak alqı-satqısında, hətta ünvana taksi çağıranda belə ciddi problem yaradır.

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Xətai rayonu, Zığ yolu ərazisində yaşayan sakinlərdən gedir.

Burada bir neçə fərqli ünvanda yerləşən binaların adı və nömrəsi eynidir.

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən bildirildi ki, bu evlərin nömrələri köhnə qaydalarla verildiyi və vətəndaşın çıxarışı olmadığı üçün ünvanların təyini zamanı uyğunsuzluğa yol verilib. Vətəndaşların çıxarışının olmaması bu kimi problemlərə yol açıb. Yeni ünvanvermə konsepsiyasına müvafiq olaraq, vətəndaş çıxarış almaq üçün mövcud sənədləri və şəxsiyyət vəsiqəsi ilə "ASAN xidmət" mərkəzinə yaxınlaşmalıdır. Şəxsin müraciətinə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılacaq. Yeni ünvan verildiyi zaman digər problemlər də ortadan qalxacaq və onlar bütün hüquqlarından istifadə edə biləcəklər.

Ekspertlər isə bildirir ki, qanunla vətəndaşın keçmiş ünvanının çıxarışı olmasa belə, qeydiyyatdan çıxarılma proseduru, ev ünvanının dəyişdirilməsi onların hüquqlarının pozulması deməkdir.

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və ya yerli icra hakimiyyəti orqanları onlara yeni ünvanın verilməsini və yaxud həmin ünvana qeydiyyata salınmalarını təmin edə bilər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru