“Paris 2024” minlərlə hotel rezervasiyasını ləğv etdi

25-01-2024, 08:48           
“Paris 2024” minlərlə hotel rezervasiyasını ləğv etdi
“Paris-2024” Olimpiya Oyunlarının Təşkilat Komitəsi oyunların keçiriləcəyi şəhərlərdə mehmanxana rezervasiyalarını ləğv edib.

Modern.az xəbər verir ki, Paris, Şatoru, Berri şəhərlərindən sonra Lill şəhərində də “Paris-2024”ün Təşkilat Komitəsi tərəfindən hotellərdə minlərlə otağın rezervi ləğv olunub. Yerli mətbuatda yayılan məlumata görə, basketbol və həndbol tədbirlərinin bir hissəsinə ev sahibliyi etməli olan Şimal prefekturasında “Paris 2024”ün təşkilatçıları tərəfindən gündəlik 2000 olmaqla on günlərlə davam edəcək rezerv ləğv edilib.

Hotel sahibləri oyunların başlamasına 6 ay qaldığını düşünərək otaqların yenidən rezerv ediləcəyinə ümidvar olduqlarını bildiriblər.

Qeyd edək ki, təkcə Şatoruda Təşkilat Komitəsi 492 otağın rezervini ləğv edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.