“Microsoft”un bazar dəyəri ilk dəfə 3 trilyon dolları ötüb

25-01-2024, 11:23           
“Microsoft”un bazar dəyəri ilk dəfə 3 trilyon dolları ötüb
“Microsoft”un bazar dəyəri yanvarın 24-də keçirilən hərracda ilk dəfə 3 trilyon dolları ötüb.

Bu barədə “Dow Jones Market Data” nəşri məlumat yayıb.

Səhmlərinin qiyməti 403,65 dollardan yuxarı olarsa, şirkətin bazar dəyərinin 3 trilyon dollara çatacağı bildirilirdi. Ötən gün sessiya zamanı səhmlərin qiyməti 404,72 dollara yüksəlib.

İndiyədək hərracın nəticələrindən sonra kapitallaşması bu həddən yuxarı qalxan yeganə şirkət “Apple Inc”dir. Şirkət keçən il iyunun sonunda buna nail ola bilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru