Bakının sıxlıq olan küçələrinin SİYAHISI

25-01-2024, 08:59           
Bakının sıxlıq olan küçələrinin SİYAHISI
Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda sıxlıq olan yolların siyahısını təqdim edirik:

1. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

2. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
5. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

6. Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyasının qarşısı, əsas yol, mərkəz istiqamətində;

7. “20 Yanvar” dairəsində;

8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.