Xarici turistlər Azərbaycanda orta hesabla nə qədər - PUL XƏRCLƏYİB? - RƏQƏMLƏR

10-02-2024, 17:45           
Xarici turistlər Azərbaycanda orta hesabla nə qədər - PUL XƏRCLƏYİB? - RƏQƏMLƏR
Ötən il Azərbaycana turizm məqsədi ilə 1 milyon 402 min nəfər gəlib.

Azərbaycanda ən çox hansı ölkələrin turistləri - PUL XƏRCLƏYİB - SİYAHI
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Turistlər ümumilikdə 2 milyard 439 milyon manat pul xərcləyiblər.

Bu da o deməkdir ki, 1 nəfər turistə düşən orta məbləğ 1 739 manat təşkil edib.

Orta hesabla ən çox pul xərcləyən ölkələr Belarus (3 249 manat), BƏƏ (2 446 manat), Qətər (2 356 manat) olub.

Küveytli turistlər isə orta hesabla 2 283 manat, Səsudiyyə Ərəbistanından gələnlər isə 2 280 manat xərcləyiblər.

Ən aşağı göstəricilər isə Bəhreyn (933 manat), Gürcüstan (1 020 manat) və Türkmənistan (1 080 manat) məxsusdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru