Kənd təsərrüfatı təyinatlı ərazilərdə tikilən evlərin çıxarış problemi ilə bağlı TƏKLİF - VİDEO

13-02-2024, 16:34           
Kənd təsərrüfatı təyinatlı ərazilərdə tikilən evlərin çıxarış problemi ilə bağlı TƏKLİF - VİDEO
Hazırda Bakı və Abşeron ərazisində 100 minlərlə fərdi yaşayış evi sənədsizdir. Hətta bəzi qeyri-rəsmi rəqəmlərə görə, bu ərazilərdə çıxarışı olmayan evlərin sayı 500 minə yaxındır.

Xezerxeber.az-ın məlumatına görə, illərdir həmin fərdi yaşayış evləri və qeyri-yaşayış sahələri çıxarışla təmin edilmir.

Çıxarış verilməməsinin əsas səbəblərindən biri kimi isə həmin əmlakların kənd təsərrüfatı təyinatlı ərazilərdə tikilməsi göstərilir.

Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, fərdi evlərin yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın təyinatını tikintiyə dəyişdirmək çətin prosesdir. Buna görə də aidiyyəti dövlət qurumları bu məsələni özləri həll etməlidirlər. Çünki faktiki olaraq aidiyyəti qurumlar tərəfindən həmin ərazilər yaşayış məntəqələri kimi tanınır, bütün kommunikasiya xətləri çəkilib.
Ekspert təklif edib ki, həmin qurumlar monitorinq apararaq, lazımi sənədləri toplayıb kütləvi şəkildə Nazirlər Kabinetinə təqdim etsinlər.

Onun sözlərinə görə, bu gün həmin yaşayış massivlərində faktiki kənd təsərrüfatı imkanları yoxa çıxıb. Maldarlıq, əkin-biçin işlərinin aparılması da mümkünsüzləşib.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru