Marketdə 17 qəpiyə satılan yumurtanı Rusiyaya 16,8 qəpiyə satırıq

15-02-2024, 10:38           
Marketdə 17 qəpiyə satılan yumurtanı Rusiyaya 16,8 qəpiyə satırıq
Məlum olduğu kimi, şimal qonşumuz Rusiyada yaşanan yumurta çatışmazlığı səbəbindən dekabr ayının 19-dan etibarən Azərbaycandan bu ölkəyə yumurta ixracı həyata keçirilir.
Yeniavaz.com xəbər verir ki, daha əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ötən ilin dekabr ayında Azərbaycandan Rusiyaya 1 milyon 224 min ədəd (72 ton) yumurta ixrac olunduğu barədə məlumat verilib.
Apardığımız hesablama göstərir ki, ötən ilin dekabr ayında Azərbaycandan Rusiyaya ixrac olunan yumurtanın 1 ədədinin orta gömrük dəyəri 16,8 qəpik (9,9 sent) olub.
Məlumat üçün onu da bildirək ki, AQTA-nın açıqladığı məlumatda Rusiyaya ixrac olunan yumurtanın “Giləzi Quşçuluq” şirkətinə məxsus olduğu qeyd olunub. Hazırda ölkənin aparıcı supermarketlərinin birində “Giləzi Quşçuluq” şirkətinə məxsus yumurta 17 qəpiyə satılır. Bu isə o deməkdir ki, Rusiyaya ixrac olunan yumurtanın orta gömrük dəyəri (16,8 qəpik) yumurtanın daxili bazardakı qiymətindən (17 qəpik) aşağıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.