“Yelo Bank” ödəniş edən müştəriyə də borc yazır – Şikayət

15-02-2024, 16:46           
“Yelo Bank” ödəniş edən müştəriyə də borc yazır – Şikayət
Şikayətim “Yelo Bank”dandır. Çox anormal sistemləri var. Əlimdə ödəniş qəbzi var, ancaq sübut edə bilmirəm ki, ödənişi etmişəm.

Tribunainfo.az xəbər verir ki, bu barədə Qadir Asifsoy yazıb. O bildirib ki, ödəniş etsə də borcun üstünə əlavə faiz gəlir:

“Bir neçə ay öncə “Yelo Bank”dan kredit götürdük. Ödənişi həmişə 2-3 qat artıq ödəmişəm. Bu ay isə baxdım ki, aylıq ödəniş düşüb 39,88 AZN-ə. Kapital kartımdan onlayn qaydada 40 manat ödəniş etdim. Ödənişi 2 fevral tarixində etmişəm. Bu barədə bu günə kimi 7 dəfə məlumat vermişəm. Araşdıracağıq deyirlər, lakin ortada bir şey yoxdur. Mobil tətbiqdən baxıram gündəlik üzərinə faiz məbləği gəlir. Bu gün banka yaxinlaşdım, cavab verə bilmədilər. Deyir bizlik deyil!
Üzərinə faiz gəlməkdə davam edir. Məsələ qəpik-quruşda deyil. Məsələ anormal sistemlərindədir. Deyir, biz ödəniş görməmişik. Deyirəm, necə görməmisən ki? Qəbz verirəm sizə.
Nə isə, uzun sözün qısası. Mən bunlarla dil tapa bilmədim. Deyirəm, faizi silin. Deyirlər biz silə bilmərik. Məntiqlə mən o pulu ödəməli deyiləm”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.