Məmməd İsmayılın vəziyyəti ağırlaşıb - "Onu itirə bilərik"

16-02-2024, 00:23           
Məmməd İsmayılın vəziyyəti ağırlaşıb - "Onu itirə bilərik"
"Ustad şair Məmməd İsmayılın ailəsinə yaxın olan şair Ehtiram İlhamla bir az əvvəl danışdıq. Şairin halı pisləşib. Ehtiram İlham deyir ki, Məmməd İsmayıla dövlətin diqqəti, dəstəyi lazımdır".
Bakupost.az xəbər verir ki, bunu sosial şəbəkədə yazıçı-jurnalist Bahəddin Həzi bildirib.
"Qardaş, Məmməd əmi əldən gedir. Ona bu çağında dövlətin dəstəyi lazımdır. Gərək yazaq, ictimailəşdirək, dövlətə də məlumat çatsın. Belə insanlar maraqlanır, köməyini təklif edir. Ancaq bu, gərək yuxarı səviyyədə həll olunsun", - deyə o, Ehtiram İlhamdan sitat gətirib.
B.Həzi qeyd edib ki, türk dünyasının böyük söz adamı, nəhəng şair, alim Məmməd İsmayılı itirmək qorxusu var:
"Yazıçılar Birliyi, Mədəniyyət Nazirliyi hərəkətə gəlməlidir. Ziyalılar bu məsələni qaldırmalıdır, xəstə, yaşlı şairə kömək etməliyik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru