Rusiyada ərzaq qiymətləri amerikalı jurnalisti şoka salıb- Karlson bir həftəlik ərzaqa nə qədər pul verib?

16-02-2024, 10:24           
Rusiyada ərzaq qiymətləri amerikalı jurnalisti şoka salıb-
“Rusiyada ərzaq məhsulları Amerikadan dörd dəfə ucuzdur”.

Azpost.info xəbər verir ki, bunu Putindən müsahibə alan amerikalı jurnalist Taker Karlson bildirib.

Rusiyaya səfəri zamanı Karlson supermarketə baş çəkib və oradan 9481 rublluq ərzaq alıb.

“Əgər siz Rusiyada ərzaq mağazasına girsəniz və qiymətini görsəniz, bu, sizi kökündən bizim liderlərə qarşı çıxaracaq. Mən məhz bunu hiss edirəm”, – Karlson deyib.

Karlson supermarketdən dörd nəfərlik bir ailəyə bir həftə kifayət edəcək yemək alıb. Onların arasında çörək, un, şərab və digər məhsullar olub. Jurnalist 9481 rubl (təxminən 104 dollar) xərcləyib. Onun sözlərinə görə, ABŞ-da bunun üçün 400 dollar ödəməli olacaqdı.

Bundan başqa, Karlson Rusiya mağazalarında “Snickers”, “Mars” və “Bounty” şokoladlarının olmasından təəccüblənib və bunun qanunla qadağan edilməli olduğunu zarafat edib.

Karlson həmçinin etiraf edib ki, atası 1990-cı ildə Moskvanın Tverskaya küçəsində ilk “McDonald’s” restoranının açılışında olub.
P.S: Hamı kimi, daha doğrusu hansısa həqiqəti pərdələmək istəyənlər kimi Karsonda medalın o biri üzünü göstərmir.Yənii onun qazancı üçün bəlkədə bu ərzaqlar ucuzdur (hələ bilmək olmaz hansı marketlərə onu aparıblar) amma sadə vətəndaşların aylıq gəlirləri üçün bu fantastik rəqəmdir! Karson mağazalarda qiymətdən sonra vətənində və Rusiyada sadə işçilərində maaşını müqayisə etsə idi heçdə belə təriflər yağdırmazdı!!
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.