Süni intellekt dəbdədir

16-02-2024, 11:44           
Süni intellekt dəbdədir
DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Dubayda keçirilən növbəti “Dünya Hökumət Sammitində” süni intellekt mövzusunda çıxış ediblər.
Bildiyim qədər süni intellekt sahəsində fəaliyyət göstərən İqtisadiyyat Nazirliyinin 4SİM qurumunun rəhbəri Fariz Cəfərov da həmin tədbirə qatılıb.
OpenAI (ChatGPT) şirkətinin Baş icraçı direktoru Sam Altman isə Sammitə videokonfrans formatında qoşulub və süni intellektlə bağlı geniş çıxış edib.
O, süni intellektin tənzimlənməsi, ChatGPT5, süni intellektin elmi kəşflər və təhsildəki rolu və s. məsələlərə toxunub
Xatırladıram ki, ölkəmizdə dövlət sektorunda hələlik yalnız DİM-də və AzİnTelecom-da(SİMA), həmçinin ABB və Azercell-də süni intellekt texnologiyasının tətbiqi ilə bağlı real işlər gözə dəyir.
Digər qurumlarda isə bu sahədə müəyyən addımlar atılsa da hələlik bunlar daha çox təşəbbüs xarakterlidir.
Osman Gunduz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru