Əmək müqaviləsinun bu maddəsi işçilərin hüquqlarını məhdudlaşdırır,...

16-02-2024, 08:10           
Əmək müqaviləsinun bu maddəsi  işçilərin hüquqlarını məhdudlaşdırır,...
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndi: tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı" əsasında müddətli Əmək müqaviləsinun bağlanması daima mübahisə mövzusu olmuş və olaraq qalır.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB kimi həmişə hesab etmişik ki, bu maddə işçilərin hüquqlarını məhdudlaşdırır, burada tərəflərin hüquq bərabərliyindən danışmaq mümkün deyil, işəgötürən bu maddədən sui istifadə edir və sair.
İşçilərin hüquqlarını məhdudlaşdıran bu maddənin ləğvi və ya dəyişdirilməsi barədə də aidiyyatı üzrə dövlət və ya qanunvericilik orqanlarına kifayət qədər dəmüxtəlif təkliflər də vermişik.
Bizim təkliflərimizdən biri də o idi ki, ən azı hər bir müəssisə üzrə müvəqqəti əmək müqaviləsi bağlayan işçilərin sayı, müəssisə üzrə işçilərin ümumi sayının 10 faizindən çox olmamaqla məhdudiyyət qoyulsun.
Digər təklifiniz o idi ki, ümümiyyətlə daimi xarakter daşıyan iş və xidmətlərdə müddətsiz əmək müqaviləsi bağlanılsın.
31 Yanvar 2024-cü il tarixində Azərbaycan Respublikası ı Konstitusiya Məhkəməsinin məhkəmə iclasında: Azərbaycan Respublikası İnsan hüquqları üzrə sorğusu və Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin AR-sı Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə, 35-ci maddəsinin I-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılmışdır.
Sorğuverənin də qənaətinə görə, işəgötürən və işçi faktiki olaraq bərabər deyillər. Onların münasibətlərinin hakimiyyət-tabeçilik xüsusiyyətinə malik olması əmək müqaviləsi bağlanarkən hüquq bərabərliyi prinsipinin təmin edilməsini qeyri-mümkün edir.
Çox təəssüf ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı ilə: Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə və 35-ci maddəsinin I-IV və VIII hissələrinə uyğun hesab edilmişdir.
Bu qərar, Əmək Məcəlləsində olan müddətli əmək müqaviləsi ilə əlaqədar hər hansı yeni bir norma qəbul edilməsədə, işəgötürənlər üçün yeni stimul yaradacaq, işçilərin bərabər hüquqlu tərəf olmasından asılı olmayaraq müddətli əmək müqaviləsinin həcmini daha da artıracaq. Belə ki, qanunla bərabər olan tərəf olsalar da, işəgötürən və işçi praktikada bərabər tərəf deyillər və işəgötürənin təzyiqi nəticəsində müddətli əmək müqaviləsinin bağlanması hallarını artıracaq. Ən azı nə qədər ki, iş yerlərinə tələb və təklif arasında fərq var, iş yerləri azdır, işçi ilə işəgötürənin bərabər hüququndan danışmaq olmaz. Bu halda işəgötürən hökmran və diktə edən tərəf olur, məcburiyyətdə qalan işçi isə müddətli əmək müqaviləsi bağlayır.
Azer Quliyev
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.