Bakıda camış əti dana əti adı ilə satılır? - İDDİA + VİDEO

16-02-2024, 15:58           
Bakıda camış əti dana əti adı ilə satılır? - İDDİA + VİDEO
Sosial şəbəkələrdə mal əti adı ilə camış əti satılır. Üstəlik, bununla bağlı yayımlanan videoçarxda məhsulun camış əti olduğu qeyd olunmur. İnsanlar isə həmin məhsulu dana əti bilərək alırlar.

Baku TV məsələ ilə bağlı sözügedən məhsulun satıldığı ünvanda olub.

Satışı həyata keçirən şəxs öncə camış əti olduğunu bildirməyib. Müvafiq sertifikatlar əldə edildikdən sonra isə məhsulun camışın qol əti olduğunu etiraf ediblər.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, məsələ ilə bağlı araşdırmalara başlanılıb.
Qeyd edilib ki, vətəndaşlar ət və ət məhsulları alarkən satıcıdan mənşə sənədini tələb etsinlər və bu məsələdə diqqətli olsunlar.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru