İnternet istifadəçilərin provayderlər tərəfindən aldadılmasının qarşısını almaq üçün İKTA daha bir faydalı iş görüb

17-02-2024, 11:14           
İnternet istifadəçilərin provayderlər tərəfindən aldadılmasının qarşısını almaq üçün İKTA daha bir faydalı iş görüb
Tənzimləyici qurum olaraq İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi provayder və istifadəçi arasında bağlanan müqavilə şərtlərinin qanuna uyğunluğuna nəzarət edir.
Bu səlahiyyəti həyata keçirən İKTA 119 provayderin müqaviləsində qüsurlar aşkar edib.
Bu o deməkdir ki, 119 provayder vətəndaşlarla müqavilə bağlayarkən istifadəçinin hüquqlarını qoruyacaq şərtlərə yetərincə əməl etməyib. İKTA bunu aradan qaldırmaq üçün provayderlərə vaxt verib.
Qeyd olunan şərtlər Telekommunikasiya haqqında qanunun 40-cı maddəsində nəzərdə tutulub.
Məsələn, provayder mütləq şəkildə internet xidmətlərinin keyfiyyətinə dair tələbləri müqavilədə qeyd etməlidir.
Xidmət nə zaman dayandırıla bilər, servis şərtləri qeyd edilməlidir. Əgər evdə uşaq varsa uşaqların zərərli informasiyadan qorunması üçün atılacaq addımlarla bağlı istifadəçinin razılığı qeyd edilməlidir və s.
Düşünürəm ki, İKTA-nın bu addımları çox təqdirəlayiqdir.
Xüsusilə də, RİNN tərəfindən reallaşdırılan "Onlayn Azərbaycan" layihəsinə paralel olaraq bu tip addımların atılması çox faydalıdır.
Tövsiyə olunur ki, istiafdəçilər provayderlərlə bağlanan müqavilələrə nəzər salsınlar. Çatışmazlıqlar varsa provayderə və İKTA-ya müraciətlər etmək faydalı olardı.
Fikrimcə İKTA tərəfindən atılan bu addımlar ölkədə internet istifadəçilərin hüquqlarının qorunmasında, internetin keyfiyyətinin yaxşılaşmasında mühüm rol oynayacaq.
Osman Gunduz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru