"Fitch Ratings” Azərbaycanın reytinqini “BB+” səviyyəsində təsdiqləyib

17-02-2024, 10:49           
"Fitch Ratings” Azərbaycanın reytinqini “BB+” səviyyəsində təsdiqləyib
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini (IDR) "BB+" səviyyəsində, müsbət proqnozla təsdiqləyib.

Bu barədə reytinq agentliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, reytinq Azərbaycanın çox güclü xarici balansı, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri hesabına yüksək maliyyə çevikliyi ilə dəstəklənir.

“Cari hesabın profisiti 2023-cü ildə ÜDM-in 14,8%-nə qədər iki dəfə azalıb, lakin “BB” kateqoriyasında ən yüksək olaraq qalır. Neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq (neft və qaz gəlirləri ümumi ixracın 90%-ni təşkil edir) 2024-2025-ci illərdə profisitlərin güclü qalacağını gözləyirik. Suveren valyuta aktivləri 2023-cü ildə 69,8 milyard ABŞ dollarına yüksəlib ki, onun da 80%-i Azərbaycan Respublikasının Dövlət Neft Fonduna (ARDNF) məxsusdur ki, bu da hələ də yüksək enerji gəlirlərini və ARDNF-nin investisiya portfelində rekord yüksək gəlirləri əks etdirir. 2023-cü ildə ÜDM-in 67%-i səviyyəsində təxmin edilən Azərbaycanın xalis suveren aktiv mövqeyi 2024-2025-ci illərdə sabit qalacaq ki, bu da eyni qrup ölkələr arasında ən yüksək göstəricidir”-Fitch əlavə edib.

Mənbə: apa.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru