Ukraynaya yarım milyon dollar Rusiya pulu göndərilib

18-02-2024, 11:54           
Ukraynaya yarım milyon dollar Rusiya pulu göndərilib
ABŞ Ukraynaya yardım göstərmək üçün müsadirə edilmiş Rusiya vəsaitlərindən təxminən 500 min dolları Estoniyaya köçürüb.

“Report” xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin məlumatında deyilib.

Müsadirə olunan vəsaitlərin “birbaşa köçürülməsi hələ mümkün olmadığından ilk dəfə olaraq xarici müttəfiq vasitəsilə Ukrayna hakimiyyətinə ötürüldüyü” qeyd edilir.

Bu vəsaitlər Amerika istehsalı olan hərbi texnikanı Rusiyaya qanunsuz yolla tədarük etməyi cəhd edən bir qrup şəxsin aşkarlanmasından sonra ABŞ tərəfindən müsadirə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru