Ali məktəblərdə təhsil alan tələbələrin yarıdan çoxu qızlardır: Gender bərabərliyi pozulur - VİDEO

18-02-2024, 12:47           
Ali məktəblərdə təhsil alan tələbələrin yarıdan çoxu qızlardır: Gender bərabərliyi pozulur - VİDEO
Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan tələbələrin yarıdan çoxu qızlardır. Onlar daha çox pedaqoji ixtisaslara üstünlük verirlər. Xüsusi təyinatlı təhsil müəssisələrində, hərblə bağlı ixtisaslarda isə oğlanların sayı çoxdur. Ekspertlərin fikrincə, bu vəziyyət universitetlərdə və ixtisaslarda gender balansının pozulmasına gətirib çıxarır.

Xezerxeber.az-ın məlumatına görə, oğlanların əksəriyyəti texniki və iqtisadi, qızlar isə humanitar və pedaqoji ixtisaslara üstünlük verirlər. Bu isə peşə seçimində gender balansının pozulmasına səbəb olur.

Təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, ölkə üzrə 51 ali təhsil müəssisəsində təhsil alan 187 min tələbənin 110 minə qədəri qızlardır.

Elə ali təhsil müəssisələri var ki, orada tələbə qızlara çox az halda rast gəlmək olur. Məsələn, Polis Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Dövlət Sərhəd Xidmətinin Akademiyası və Dövlət Gömrük Komitəsinin Akademiyasında oğlan tələbələr daha çoxdur.

Ekspertin sözlərinə görə, bu məsələdə balansı tənzimləmək üçün xüsusi təyinatlı təhsil müəssisələrinin qabiliyyət imtahanlarında qızlara güzəştlər olmalıdır.
Ekspert deyir ki, pedaqogika və tibb sahələrinə qızların daha çox meyil göstərmələri, oğlanların isə “qeyri-kişi” peşələri kimi qəbul etmələri gələcəkdə məktəbəqədər və orta təhsil müəssisələrində uşaqların təlim-tərbiyəsində qadının rolunun güclənməsindən və təhsilin ilkin və sonrakı mərhələlərində gender balansının pozula biləcəyindən xəbər verir. Buna görə də Elm və Təhsil Nazirliyi balansı qorumaq və oğlanların bu sahələrə marağını artırmaq üçün təşviqedici layihələr hazırlamalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru