Azərbaycanda problemli kreditlərin həcmi rekord həddə çatıb

8-08-2016, 16:13           
Azərbaycanda problemli kreditlərin həcmi rekord həddə çatıb
Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il iyulun 1-nə 1 539,8 mln. manat təşkil edib. Bu, nominal həcmin yeni tarixi rekorda çatması deməkdir.

Sonuncu rekord isə iyunun 1-də qeydə alınıb.

Yenilik.Az report-a istinadən bildirir ki, iyunun 1-nə olan analoji göstərici ilə müqayisədə problemli kreditlərin həcmi 25,6 mln. manat və ya 1,69%, 2016-cı ilin əvvəli ilə müqayisədə isə 31,3 mln. manat və ya 2,07% artıb.

Vaxtı keçmiş kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi 8,35% təşkil edib və aylıq müqayisədə 0,03 faiz bəndi, yarımillik müqayisədə isə 1,41 faiz bəndi artıb.
Manatla verilən vaxtı keçmiş kreditlər iyulun 1-nə 779 mln. manat təşkil edib ki, bu da iyunun 1-nə nisbətən 1,3 mln. manat və ya 0,17% çoxdur. İlin əvvəli ilə müqayisədə isə manatla vaxtı keçmiş kreditlər 61,2 mln. manat və ya 7,28% azalıb. Bu kreditlərin manatla məcmu kreditlərdə payı son bir ayda 0,1 faiz bəndi artıb, ilin əvvəlindən 0,49 faiz bəndi artaraq 8,13%-ə çatıb.

Milli valyutada verilən qısamüddətli kreditlərdə problemli kreditlərin iyulun 1-nə həcmi iyunun 1-nə nəzərən 3,6 mln. manat və ya 1,8% azalaraq 196 mln. manat təşkil edib. İlin əvvəlindən isə azalma 72,2 mln. manat və ya 26,92% olub. Milli valyutada verilən qısamüddətli kreditlərdə problemli kreditlərin xüsusi çəkisi 13,93% təşkil edib. Bir ay əvvəl bu göstərici 14,31%, ilin əvvəlində isə 15,1% olub.

Manatla uzunmüddətli kreditlərdə problemli kreditlərin həcmi isə iyulun 1-nə 583 mln. manat təşkil edib. Bu, iyun ayının 1-nə olan göstəricidən 4,9 mln. manat və ya 0,84% artıqdır. İlin əvvəli ilə müqayisədə isə manatla uzunmüddətli problemli kreditlər iyulun 1-nə 11 mln. manat və ya 1,92% artım göstərib. Manatla uzunmüddətli kreditlərin strukturunda isə problemli kreditlərin payı iyulun 1-nə 7,14%, iyunun 1-nə 6,98%, ilin əvvəlində 6,2% təşkil edib.
Xarici valyutada vaxtı keçmiş kreditlərin həcmi iyulun 1-nə 760,8 mln. manat təşkil edib. Bu, iyunun 1-nə nisbətən 24,3 mln. manat və ya 3,29%, cari ilin əvvəli ilə müqayisədə isə 92,5 mln. manat və ya 13,84% çoxdur.

Xarici valyutada problemli kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi iyulun 1-nə 8,58%, keçən ayın əvvəlində 8,64%, ilin əvvəlində isə 6,2% olub.
Xarici valyutada vaxtı keçmiş qısamüddətli kreditlərin həcmi iyulun 1-nə 322,6 mln. manat təşkil edib ki, bu da iyunun 1-nə olan göstəricidən 8,6 mln. manat və ya 2,59% azdır. İlin əvvəli ilə müqayisədə isə bu göstərici 17,8 mln. manat və ya 5,83% çoxdur. Xarici valyutada qısamüddətli kreditlərdə vaxtı keçmiş kreditlərin payı iyulun 1-nə 12,16% olub. Qeyd edək ki, keçən ay bu göstərici 13,26%, ilin əvvəlində isə 8,6% olub.

Xarici valyutada vaxtı keçmiş uzunmüddətli kreditlərin həcmi iyulun 1-nə 438,2 mln. manat təşkil edib ki, bu da iyunun 1-nə olan göstəricidən 32.9 mln. manat və ya 8,11% çoxdur. İlin əvvəli ilə müqayisədə bu göstərici 74,7 mln. manat və ya 20,55% artım göstərib. Xarici valyutada uzunmüddətli kreditlərdə problemli kreditlərin payı iyulun 1-nə 7,05%, iyunun 1-nə 6,72%, 2016-ci ilin əvvəlində isə 5% olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru