Azərbaycana gətirilən minik avtomobilləri 6 min manatdan çox - BAHALAŞIB

19-02-2024, 11:26           
Azərbaycana gətirilən minik avtomobilləri 6 min manatdan çox - BAHALAŞIB
Cari ilin yanvar ayında Azərbaycana 100 milyon 255 min dollar dəyərində 5 643 ədəd minik avtomobili idxal olunub.

Azərbaycana gətirilən yük avtomobilləri 5 min manat - BAHALAŞIB

FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.

2023-ci iln eyni dövrü ilə müqayisədə minik avtomobili dəyər ifadəsi ilə 8 milyon 806 min dollar və ya 9,6% artıb, miqdar ifadəsi ilə 815 ədəd və ya 12,6% azalıb.

2023-cü ilin yanvar ayında 91 milyon 449 min dollarlıq 6 458 ədəd minik avtomobili idxal edilmişdi.

1 ədəd minik avtomobilinin qiyməti 2024-cü ilin ilk ayında 17 766 dollar (30 203 manat), 2022-ci ilin sonunda isə 14 161 dollar (24 073 manat) olub. Beləliklə don bir ildə minik avtomobilləri 3 606 dollar (6 130 manat) və ya 25,5% bahalaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru