Azərbaycanlı məşqçinin erməni tələbəsi Olimpiya çempionu oldu

9-08-2016, 12:59           

Olimpiya Oyunlarının geridə qoyduğumuz günündə qadınların qılıncoynatma yarışında Rusiya yığmasının erməni mənşəli üzvü Yana Yeqoryan Olimpiya çempionu adını qazandı.

Finalda Yeqoryan öz həmyerlisi Sofiya Velikayanı gərgin mübarizədə 15-14 hesabı ilə məğlub edib.

Erməni mənşəli idmançının 1993-cü il dekbarın 20-də Yerevanda anadan olduğu və 6 yaşında ailəsi ilə Rusiyaya köçdüyü bildirilir.

Maraqlıdır ki, Yana Yeqoryanın məşqçisi müstəqil Azərbaycanın qılınoynatma tarixinin ən titullu üzvü olan Yelena Jemayevadır. Jemayeva Azərbaycan yığmasının tərkibində Dünya və Avropa çempionu olub.

Onun həyat yoldaşı İlqar Məmmədov isə 1988-ci il Seul Olimpiya Oyunlarının qalibi olub. Məmmədov hazırda Rusiya qılıncoynatma yığmasının baş məşqçisidir. Cütlüyün Milena və Ayla adlı qızları var. (modern.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru