Bakıdakı ictimai yerlərdə pulsuz “Wi-Fi” qurulur

22-08-2016, 17:59           

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əhalinin pulsuz internetlə təminatı üçün yeni layihəyə başlayır.

Bu haqda nazirlikdən Modern.az-a verilən məlumatda bildirilib.
Layihəyə əsasən, nazirlik "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Dövlət Bayraq Meydanı daxil olmaqla bütün Dənizkənarı Milli Park və “Fəvvarələr meydanı” ərazilərini ictimai “Wi-Fi” şəbəkəsi ilə təmin edəcək. Artıq layihələndirmə işləri başa çatıb. Yaxın müddətdə layihənin icrasına başlanılacaq.

İctimai internet layihəsinin həyata keçirilməsində əsas məqsəd paytaxt sakinlərini və şəhərimizin qonaqlarını simsiz və yayılan texnologiya vasitəsilə pulsuz internetlə təmin etməkdir. İlkin mərhələdə əhalinin daha çox sıx istirahət etdiyi yerlər seçilib.

Genişzolaqlı sürətli internet təminatı Bakı sakinləri, yerli və xarici turistlər üçün qlobal şəbəkəyə pulsuz çıxış imkanı yaradacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru