Metroda gedişhaqqı qalxır? - Rəsmi açıqlama

22-08-2016, 23:26           

Çörəyin və bəzi kommunal xidmət tarifinin artırılmasından sonra nəqliyyatda gediş haqqının qaldırılacağı deyilir. Əhali arasında sentyabr ayından etibarən metroda gediş haqqının 50 qəpik olacağı barədə məlumatlar dolaşır.

Məsələ ilə bağlı məlumat verən Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev metroda gediş haqqının artırılacağı ilə bağlı deyilənlərin doğru olmadığını bildirib:

"İstər bəzi mətbuat orqanlarında, istərsə də əhali insanlar metroda gediş haqqının artırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bunlar dezinformasiyadır. Çünki Bakı Metropoliteni gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib”.

///hafta.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru