Una mənşəyi bilinməyən maddə qarışdırılır: “Çox böyük fəsadlar olacaq”

23-08-2016, 07:57           

“Un dəyirmanlarında buğdaya insan orqanizmi üçün arzuolunmaz ağ maddə qarışdırırlar”.

Bu barədə aznews.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. Onun sözlərinə görə, bununla bağlı birliyə daxil olan müraciətlərin ardı-arası kəsilmir: “Həcmini şişirtmək, yaxud da yapışqanlıq vermək üçün una kimyəvi maddə qarışdırırlar. Ancaq o nə maddədir, hardan gətirilir, mənşəyi nədir bilinmir”.

E.Hüseynov məsələ ilə bağlı hələki dövlət qurumlarına müraciət etmədiyini bildirib: “Dövlət orqanları onsuz da seyirçi mövqedədirlər. Buna son qoymaq lazımdır. Biabırçılıqdır. Ölkədə çox böyük fəsadlar gözlənilir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru