Repetitorlar vergiyə cəlb olunacaq- "Qiymətləndirmələr regionlar üzrə aparılmalıdır”

23-08-2016, 17:25           
Repetitorlar vergiyə cəlb olunacaq- "Qiymətləndirmələr regionlar üzrə aparılmalıdır”
Gələcəkdə sabit verginin tətbiqi gözlənilir.
Bu haqda Vergilər Nazirliyi məlumat yayıb. Bu vergi növü Vergilər Məcəlləsində nəzərdə tutulsa da, indiyədək tətbiqi məhdud çərçivədə aparılıb. Artıq nazirlik sabit vergi növünü genişləndirmək qərarına gəlib. Bəs, sabit vergini kimlər ödəyə bilər?
Ekspert Rəşad Əliyevin sözlərinə görə, bu vergi repetitorluq və digər bənzər prinsipli fəaliyyətlə məşğul olan şəxslərə şamil olunacaq: “ Yəni, həmin şəxlər əldə etdiyi gəlirlərinin həcmindən asılı olmayaraq hər ay standart məbləğ ödəyəcəklər”.
“Bu cür vergiqoyma sisteminin tətbiqi həm vergi ödəyicisi, həm də vergi yığan orqan üçün asan və sərfəlidir”-deyən R.Əliyev sabit verginin çatışmayan cəhətlərini də qeyd edir. Onun sözlərinə görə, sabit verginin çatışmayan cəhətlərindən biri gəlirlərin həcminin nəzərə alınmamasıdır: “Məsələn, 1000 manat qazanan da misal üçün 20 manat ödəyəcək, 300 manat qazanan da. Eyni zamanda bir sıra fəaliyyət növləri də fərqli gəlirlər gətirir. Ancaq bu çatışmazlığı nisbətən neytrallaşdırmaq mümkündür. Buna görə də bu növ verginin tətbiqi daha ehtiyatlı aparılmalıdır”. Ekspert təklif edir ki, bunun üçün birincisi sabit vergi tətbiq ediləcək sahələr üzrə araşdırmalar aparılmalı və potensial gəlirlər qiymətləndirilməlidir: “Vergi buna uyğun tətbiq edilməlidir. İkincisi, qiymətləndirmələr regionlar üzrə aparılmalıdır. Məsələn, ucqar kənddə repetitorluqla məşğul olan müəllim Bakıda bu işlə məşğul olandan fərqli olaraq daha az qazanc əldə edir. Ona görə də bu vergi növü ərazilər üzrə fərqli olmalıdır”.

Gununsesi.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.