Bakıda dodaq uçuqladan qiymətlərə məmur villaları satışda

24-08-2016, 21:22           
Bakıda dodaq uçuqladan qiymətlərə məmur villaları satışda
Bakıda qiyməti milyon manatlarla ölçülən evlər satışa çıxarılıb. Bu ay ərzində satışa çıxarılan milyonluq evlərin qiyməti isə dodaq uçuqladacaq qədər bahadır.

Satışa çıxarılan evləri siyahı üzrə təqdim edirik. Bakının Səbail rayonunda Port Baku –nun 22- ci mərtəbəsində yerləşən mənzil 2.900.000 manata satışa çıxarılıb. Satışa çıxarılan mənzil 6 otaq, 398 m.kvadratdır.

Bakının Xətai rayonunda yerləşən Park Azurun 20 –ci mərtəbəsində dəyəri 3.000.000 manat ölçülən ev satışa çıxarılıb. Mənzil 1041 m.kvadratdır və satıcı tərəfindən verilən məlumata görə sözügedən mənzil dəyərindən çox ucuz satılır.


Bakının Nəsimi rayonunda yerləşən yeni tikili binanın 1-ci mərtəbəsində yerləşən evin 4.500.000 manata satışı çıxarılıb. Satışa çıxarılan mənzil 1000 m.kvadratdır. Sözügedən mənzil 28 may metrosunun yaxınlığında yerləşdiyi üçün digərlərindən baha hesab olunur.

Bakının istənilən ərazizində Nəsimi, Nərimanov, Yasamal, Binəqədi, Səbail, Nizami, Xətai, Abşeron rayonlarının ərazisind həmçinin Xırdalan, Sumqayıt şəhərində 1, 2, 3, 4 bloklu hündür mərtəbəli binalar tikmək üçün paket sənədlər satışa çıxarılıb. Əlavə olaraq 25 sotdan 80 sota qədər hündür mərtəbəli binalar tikmək üçün torpaq sahələri də satışa çıxarılıb. Sözügedən paket və torpaq sahəsi 8.500.000 manata satışa çıxarılıb.



İqtisadçılar hesab edir ki, bu kimi evlər və ya villalar neft qiymətlərinin dünya bazarında yüksək qiymətə olduğu zamanlara təsadüf edir. Yəni, dövlət büdcəsindən müxtəlif yollarla əldə edilmiş, mənimsənilmiş villardır. Araşdırma aparsaq görərik ki, sözügedən villaların sahibləri dövlət vəzifəsində çalışan məmurlardır.

Həmçinin bu kimi evlərin ödənişi, tam məbləğ olaraq bankla edilməsi isə alıcının üstünlüyüdür. Çünki, bu kimi villaların məbləğinin yarısı bank, digər yarısı isə paket olaraq ödənilir. Bankla ödənilən məbləğ rəsmləşdirilsə də, paket olaraq ödənilən məbləğ rəsmiləşdirilmir. Bu zaman isə alıcı evin məbləğini ödədikdən sonra satıcının ( yaxud alıcının) qanunvericiliyə görə 6 ay müddətində müqaviləni ləğv etmə imkanı var. Bu zaman isə alıcı şəxs digər qara yollarla ödədiyi vəsaiti qanuni olaraq satıcıdan tələb edə bilmir, çünki ödənilən məbləğ rəsmiləşdirilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.