Banklar Mərkəzi Bankı vecinə almır- Dolları rəsmi məzənnədən 8 faiz baha satır

24-08-2016, 23:18           

Azərbaycanda bir sıra kommersiya bankları manat kartları üzrə xarici valyutaya konvertasiya əməliyyatlarına görə komissiya haqqını artırıb.
Gununsesi.info xəbər verir ki, konvertasiya faizlərini “Rabitəbank” ASC 2%-dən 5%-ə, “Silkway Bank” və “Expressbank” ASC-lər 2%-dən 4%-ə, “Amrahbank” ASC 0,5%-dən 5%-ə çatdırıb. “Azər-Türk Bank” ASC-də nağd xarici valyuta çıxarmaq istəyən 4%, qeyri-nağd ödəniş edən isə 0,5% konvertasiya haqqı ödəməlidir.
Nəticədə, hazırda manat kartlarının sahiblərinin xarici valyuta çıxarmaq və ya xarici valyuta ilə ödəniş etmək istədikdə bankların valyuta satış məzənnəsindən əlavə 4-5% artıq xərcləri yaranır. Məsələn, bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının rəsmi məzənnəsi 1,6245 AZN/USD-yə bərabərdisə, banklar manat kartından dollar çıxarmaq istəyən və ya dollarla ödəniş həyata keçirmək istəyən şəxsə 1 dolları maksimum 1,6245+4%=1,6895 AZN/USD və 1,6895+4%=1,7571 AZN/USD-yə satır. Bu isə AMB-nin rəsmi məzənnəsindən 8,2% çoxdur. Bu xərc xarici ölkələrdə manat kartı ilə ödəniş edən şəxslərə də aid edilir.
Qeyd edək ki, yuxarıda adı çəkilən banklardan “Amrahbank” və “Azər-Türk Bank” hazırda adambaşı 500 ABŞ dolları limitilə xarici valyuta satışını həyata keçirir. Bu isə o deməkdir ki, bu bankların bankomatından dollar nağdlaşdırıldıqda qiyməti “Azər-Türk Bank”da 1,7571 AZN/USD, “Amrahbank”da isə 1,7740 AZN/USD təşkil edir. Həmin bankların daxilində isə (mübadilə şöbəsində) dolların satış məzənnəsi 1,6895 AZN/USD təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru