Kredit kartı olanlar və almaq istəyənlərin nəzərinə - VİDEO

26-08-2016, 10:13           

Kredit kartlarından narazılıq artıb. İnsanlar kredit kartı verilərkən düzgün məlumatlandırılmadıqlarını deyirlər. Məhz buna görə də kredit kartları üzrə borclarının artığını iddia edirlər.

Problemli kreditlərin sayı artığından banklar müştəriyə kredit yerinə kredit kartı təklif edirlər. Mütəxəssislərə görə kommersiya bankları əslində kart adı ilə kredit verirlər. Həm də, yüksək faizlə.

Unutmaq olmaz ki, hər bir karta görə komisyon haqqı tutulur. Komisyon haqqı isə kart sahibinin xərclərinə daxil edilir. Növbəti problem isə nağdlaşdırma zamanı yaranır. Müştəriyə nağd hesablaşmalar zamanı yüksək faizin tətbiq ediləcəyi deyilmir. Bu faiz isə çox hallarda 5-6 faizi ötür. İstifadə olunan məbləğin geri qaytarılması üçün nəzərdə tutulan vaxt da çox azdır. Hətta bəzi banklar ödənilməyən gün üçün 0,75 faiz əlavə faiz hesablayırlar ki, bu da aylıq ödəmə zamanı kartın öz faizindən əlavə 25 faiz pul deməkdir.
[media=https://www.youtube.com/watch?v=rZJ8PfgUvKg]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.