Almaniyanın ən böyük supermarketlər şəbəkəsindən olan "Lidl" mağazalarında Azərbaycan istehsalı olan "Selected" araqları satışa çıxarılıb. Şüşəsi 9.99 avrodur. TEREF yazır ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli öz feysbuk səhifəsində yazır. Daha sonra Cavanşir Həsənliyerli şəraiti nəzərə alaraq şərh edir: Azərbaycan məhsulu üçün ciddi uğurdur. "Lidl"in təkcə Almaniyada 3200-dən, ümumilikdə isə 30-dan artıq ölkədə 11500-dən çox filialı var.