Azərbaycanda daha bir şirkət çörəyin qiymətini qaldırdı

26-08-2016, 21:38           

Azərbaycanda daha bir şirkət çörəyin qiymətini qaldırıb.

Çörək satan mağazlar məlumatı təsdiq ediblər. Məlumata görə, həftənin əvvəlindən etibarən "Çörəkçi” öz məhsullarının qiymətini 10 qəpik qaldırıb. Bakı şəhəri, Səid Rüstəmov 28 ünvanında yerləşən "Nur” marketdən verilən məlumata görə, adıçəkilən çörək zavodunun istehsalı olan 400 qaramlıq "sadə” doğranmış çörəyin qiyməti 30 qəpikdən 40 qəpiyə, eyni çəkili "ekstra” çörəyin qiyməti isə 40 qəpikdən 50 qəpiyə qaldırılıb.

İqtisadi İnkişaf Nazirliyindən isə məlumatı araşdıracaqlarını bildirdilər. (baku.ws)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru