"Qobulənd"də insanları necə soyurlar? istirahət mərkəzi deyil - soyğunçuluq məkanıdır

29-08-2016, 17:37           
"Qobulənd"də insanları necə soyurlar? istirahət mərkəzi deyil - soyğunçuluq məkanıdır
""Qobulənd" kimi obyektlərdir ki, turisti Azərbaycandan qaçırır". Bunu DİA.AZ-a yazan Bakı sakini bildirir ki, dünən ailə-uşaqla "Qobulənd" istirahət mərkəzində dincəlmək fikrinə düşüb ki, sonradan buna peşman olub. Narazı vətəndaş dia.az-a yazır: "Təbii ki, mən də həmin istirahət mərkəzinin reklamına aldandım. Və qərara gəldim ki, ailə-uşağı ora aparım.

Bazar günü getdim. Çatanda ilk baxışdan xoşuma gəldi. Səhranın ortasında yaradılmış yaşıllıq və təmizlik könül oxşayırdı. Görüntü SUPER!

Amma çörək yeməyə əyləşdikdə hər şey burnumdan gəldi. 1 cücə (sərçə boyda) kababı, 2 şiş lülə, 2 şiş dana basdırması və salatlı-sulu məndən 68 manat pul alanda Azərbaycandan nədən əcnəbi turistlərin və həm də elə yerli turistlərin QAÇAQ düşdüyünü anladım. Bu qiymətə təbii ki, orada cəmi bir dəfə yemək olar və bir dəfə yeyərsən. 2-ci səfərində kim gələr ki?

Bu da hamısı deyil. "Qobulənd"də təklif olunan digər xidmətlərin də qiymətləri əl yandırırdı. Katamaran sürməyin 15 dəqiqəsi 5 manat. Velosiped sürməyin 30 dəqiqəsi 5 manat... Hətta Bakı bulvarında belə bahaçılığa rast gəlməzsən.

Hələ bir yalanlarını da gördük. Reklamlarında basseynlərində çimməyi də reklam edirdilər. Orada isə bizə bildirdilər ki, nə göldə, nə də hovuzda çimmək olmaz... Vəssalam.

İndi kim gedər ki bu məkana?"

Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.