“Azərsun Holdinq” də qiymətləri qaldıracaq - Yaxın günlərdə

29-08-2016, 18:42           
“Azərsun Holdinq” də qiymətləri qaldıracaq - Yaxın günlərdə
“Azərsun Holdinq” yaxın günlərdə satdığı ərzaq məhsullarının qiymətini qaldıracaq.

Bu barədə Moderator.az-a qurumda ekspeditor kimi fəaliyyət göstərən şəxs məlumat verib.

Məlumat verən şəxsin sözlərinə görə, buna səbəb dolların satışının dayanması, eyni zamnda da bu valyutanın bahalaşmasıdır. Belə ki, şirkət xaricdən aldığı məhsulları və onları hazırlamaq üçün vasitələri artıq baha qiymətə almağa başlayacaq. Buna görə də qurum məcburiyyətdən bu addımı atmalı olacaq.

Mənbənin sözlərinə görə, qiymət artımını təkcə "Azərsun" deyil, bütün firmalar həyata keçirəcək. Hətta yerli istehsalla məşğul olan şirkətlər də.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru