Bakıda bu ali məktəb sonuncu oldu: şok güzəştə başladı
30-08-2016, 17:14
2016/2017-ci tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinə qəbul üçün yerlər ayırmış 43 ali məktəbdən 39-da plan yerləri dolmayıb.
Bu siyahıda ən pis göstərici Odlar Yurdu Universitetinə aiddir. Təhsil ocağında 600 plan yerindən yalnız 68-i tutulub. Bununla da 11,3 faiz göstərici ilə universitet sonuncu pillədə qərarlaşıb.
Universitet rəhbərliyindən Axar.az-a verilən açıqlamada bu nəticədən sonra təhsil haqlarının aşağı salınacağı bildirilib:
“Plan yerinin dolmaması təbii ki, təsirsiz ötüşməyəcək. Ancaq universitetin nəzdində Odlar Yurdu Kolleci, lisey və Britaniya Məktəbi fəaliyyət göstərir, bu təhsil ocaqlarında sözügedən problem yoxdur”.
Universitet artıq endirim kampaniyalarına start verib. Odlar Yurdudan verilən rəsmi açıqlamaya görə, I turda qəbul olunan tələbələr 4 il ödəniləcək təhsil haqqının 20%-indən azad olunublar. II turda boş qalan yerlərə qəbul olunanlar isə I kursun ödənişlərindən azad ediliblər.
Universitetdə digər bir yenilik isə bütün ödənişli əsaslarla oxuyan tələbələrə şamil olunub: əla qiymətlərlə oxuyan tələbələr növbəti ilin təhsil haqqından azad ediləcək.
Xatırladaq ki, 2016/2017-ci tədris ili üzrə respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 41.736 yer ayrılıb. Müsabiqədə iştirak etmiş abituriyentlərdən 34.771 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 12.315 nəfər dövlət sifarişi əsasında, 22.456 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Qəbul planı 83.31% dolub.