Mütəxəssisdən tənqid: “Sabir Rüstəmxanlı naşıdır”
20-06-2024, 00:12
Elvin Abbasov: “Dalğa bir ölkə ərazisindən digərinə keçə bilər”
Xalq yazıçısı, millət vəkili Sabir Rüstəmxanlı feysbuk səhifəsində “Azərcell”I tənqid edib. “Hörmətli Azərsell! Mən İranda deyiləm! Azərbaycanda, Yardımlıdayam! Sən hansı haqla və məsuliyyətsizliklə mənim telefonuma “İrana xoş gəlmisiniz…” mesajı göndərirsən? Sən axı Azərsellsən, İransell deyilsən!” yazan millət vəkilinin statusuna rəy bildirənlər də yarı-zarafat, yarı-gerçək “Azərcell” “delimitasiyaya məcbur edilməlidir”, deyə qeyd ediblər.
Məsələyə münasibət bildirən İKT üzrə mütəxəssis Elvin Abbasov “Sherg.az”a açıqlamasında Sabir bəyin texnologiya sahəsində naşı olduğunu dedi:
- Bu, texnikadan və ümumi proseslərdən anlayışı olmayan şəxsin yazısıdır. Emosional yazıdır. Millət vəkilinin pozisiyası düzgün deyil. Bütün dünyada sərhəd zonalarında dalğaların bir ərazidən digərinə keçməsi təbii haldır. Dalğa bucağı olan bir şey deyil ki sərhəd zonasından o tərəfə keçməsin. Siqnalizasiya elədir ki, məsələn, radio dalğaları, televiziya antenlərinin dalğalarının sərhəd zonalarında keçidləri var. Bunun qarşısını almaq mümkün deyil. Bu, dalğadır. Bucaqları olan maddə deyil. Ona görə də bəzi hallarda olur ki sərhəd zonalarında dalğalar bir ərazidən digərinə keçə bilir, bir-birinə qarışa abilir. Dalğa bir ölkə ərazisində qarşı qarşı tərəfi və ya siz Azərbaycan ərazisində olduğunuz halda digər ölkəni göstərə bilər. Məsələn, Gürcüstana keçiddə - Qırmızı körpüdə, Gürcüstanın bir hissəsinə qədər “Azərcell” “Nar” dalğaları Azərbaycandakı kimi qəbul edir. Onda deyək ki, “Azərcell” və ya “Baksell”, “Nar” Gürcüstanda özünü yaxşı aparmır?! Millət vəkili, sadəcə, emosional mövqedən çıxış edib. Bu, mahiyyəti olmayan fikirdir. Dalğa hər tərəfə keçə bilər, dalğa qarışa bilər. Əsas odur ki Azərbaycan daxilində belə hal yoxdur. Bütün sərhəd zonalarında isə hər yerdə bu hal var, dalğaların qarşı tərəfə keçməsi aktualdır. Və bunun qarşısını ala biləcək texnologiya yoxdur. Dalğa bucaqları olan fiziki hadisə deyil. Dalğa stansiyası nə qədər yaxındırsa onun diametri, radiusunun qarşı tərəfə keçməsi ehtimalı var. Bunu “sərhəd pozuntusu”, “sərhədlərin ihlalı” kimi təqdim etmək yanlışdır. Önəmsəniləcək bir hadisə də deyil.
P.S, Teref olaraq qeyd etmək istəyirik ki, 21-ci əsrdə yeni texnologiyalar imkan verir ki, mütəxəsisin dediyi o sərhəd "tanımayan" dalğaların qarşısı alınsın! Sadfəcə bunun üçün yeni texnologiyalardan istifadə etmək lazımdır!
TEREF