Xaricdən 5 manata gətirilən kolbasalar marketlərdə 20 manatdan baha satılır

20-06-2024, 16:36           
Xaricdən 5 manata gətirilən kolbasalar marketlərdə 20 manatdan baha satılır
Bu ilin ilk 4 ayı ərzində Azərbaycana xarici ölkələrdən 1 823,6 ton ətdən və əlavə ət məhsullarından hazırlanan kolbasalar və analoji məhsullar idxal edilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan kolbasanın 1 kiloqramının orta gömrük dəyəri 2,9 dollar (4,9 manat) olub.
Qeyd edək ki, idxal olunan kolbasanın 82%-i və ya 1 450 tonu Rusiyadan gətirilib. Rusiyadan idxal olunan kolbasanın 1 kiloqramının orta gömrük dəyəri isə 2,4 dollar (4,1 manat) olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Rusiyadan 1 592,7 ton kolbasa idxal olunub.
Onu da qeyd edək ki, xaricdən idxal olunan kolbasaların 1 kiloqramının orta satış qiyməti marketlərdə 21 manat təşkil edir.
Açıqlanan rəqəmlərdən də göründüyü kimi, idxal kolbasalar marketlərdə gömrük dəyərindən (ölkəyə daxil olma qiyməti) 4 dəfədən çox baha satılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru