Booking.com: Səyahət fırıldaqları 900%-ə qədər artıb

21-06-2024, 10:08           
Booking.com: Səyahət fırıldaqları 900%-ə qədər artıb
“Booking.com” mehmanxana sifarişi saytının internet təhlükəsizliyi direktoru Marnie Wilking xəbərdarlıq edib ki, süni intellekt (AI) səyahət fırıldaqlarında partlayışa səbəb olur.

İndex.az xəbər verir ki, son 18 ayda bu mövzuda yüzdə 500 ilə yüzdə 900 arasında artım olduğunu ifadə edən Wilkinq, “ChatGPT” kimi süni intellekt vasitələrinin istifadəyə verilməsindən bu yana insanlara qarşı dələduzluq edilən fırıldaqlarda ciddi artım olduğunu söylədi.

Wilking E-poçt xidmətlərinin istifadəyə verilməsindən bu yana fişinq olduğunu qeyd edib: “Ancaq artım “ChatGPT” istifadəyə verildikdən qısa müddət sonra başladı. Hücumçular əvvəlkindən daha yaxşı e-poçtları təqlid etmək üçün süni intellektdən istifadə edirlər”.

Fişinq hücumları adətən saxta, lakin çox inandırıcı görünən sifariş bağlantıları göndərməklə insanları öz kart məlumatlarını verməyə inandırmağa çalışır.

Wilkinq insanları e-poçtlardakı linklərə klikləyərkən əvvəlkindən daha diqqətli olmağa çağırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.