"Hələ yeni bir metodik mərkəz də açılacaq, əsl toyunuz-düyününüz onda başlayacaq..."

22-06-2024, 12:03           
"Hələ yeni bir metodik mərkəz də açılacaq, əsl toyunuz-düyününüz onda başlayacaq..."
Təhsil İnstitunun sabiq şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Könül Aydın (Nəhmətova) sertifikatlaşdırma imtahanında yüksək bal toplayan müəllimlərdən danışıb.

Yenisabah.az xəbər verir ki, o, bu müəllimlərin imtahandan sonrakı görüntülərini tənqid edib:

“Baxırsan, o boyda regional idarədir (Regional Təhsil İdarəsi nəzərdə tutulur - red), paylaşdığı videoya bax. Müəllim imtahandan çıxıb, atlanır onun üstünə, bunun üstünə, ətli-canlı, orta yaşlı xanımdır, budları qalır çöldə, bunlar da arxadan çəkib qoyur səhifəyə. Nə deyim, vallah... Bu idi bizə vəd etdiyiniz gələcək? SEO Xidməti

Bu ya səriştəsizlikdəndir, buna çox da inanmıram, ya da qəsddir. Hər iki halda, ziyandayıq”.

Alim təhsil sistemi ilə bağlı tənqidi fikirlərini davam etdirib: "İndiki təhsil "strategiyasının" metodika oyunu da başqa bir müsibətdir ha... Hələ yeni bir metodik mərkəz də açılacaq, əsl toyunuz-düyününüz onda başlayacaq. Metodika da ki kimlərin əlində: bərk gedən rüşvətxor, əzbərçi bazar adamlarının. Metodika oyunları ilə şikəst etdilər müəllimləri!"

Qeyd edək ki, Könül Aydın bir neçə gün öncə tutduğu vəzifədən istefa verib. Alim uzun müddətdir iş yerində təzyiqlərə məruz qaldığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru