Pekin və Brüssel Çinin elektrik avtomobillərinə mümkün rüsumları müzakirə edəcək

23-06-2024, 12:14           
Pekin və Brüssel Çinin elektrik avtomobillərinə mümkün rüsumları müzakirə edəcək
Çinin ticarət naziri Vanq Ventao və Avropa Komissiyasının rəhbərinin müavini Valdis Dombrovskis Avropa İttifaqının Çindən gələn elektromobillərə artan rüsumların mümkün tətbiqi ilə bağlı məsləhətləşmələrə başlamağa razılaşıblar.

“Report”un məlumatına görə, bu barədə Çinin ticarət departamenti məlumat yayıb.

Qeyd olunub ki, videokonfrans formatında keçirilən görüşdə tərəflər danışıqlar prosesinə başlamaq barədə razılığa gəliblər.

Bundan əvvəl Çin səlahiyyətliləri dempinq şübhəsi ilə Avropa İttifaqından idxal edilən donuz əti və onun əlavə məhsulları ilə bağlı araşdırmaya başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru