Yeni telekommunikasiya operatoru lisenziyası kimə verilib ?

23-06-2024, 12:58           
Yeni telekommunikasiya operatoru  lisenziyası kimə verilib ?
Ötən gün RİNN yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi maraqlı bir açıqlama yayıb. Yeri gəlmişkən, bu çox yaxşı haldır ki, İKTA zaman -zaman bu tip açıqlamalar verir.
Bu dəfə qurum cari ildə öz səlahiyyətləri çərçivəsində verilən icazələr haqqında məlumat açıqlayıb. İKTA ölkədaxili telekommunikasiya kanallarının təşkili üzrə 2 müraciətə baxıldığını onlardan birinə müsəbət cavab verildiyini açıqlayıb.
Rabitə və informasiya texnologiyaları sahəsində lisenziyaların verilməsi haqqında qanunvericiliyə görə lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilir.
Amma İKT sahəsində tənzimləyici qurum da telekommunikasiya operatoru lisenziyası üçün müraciət edən quruma öz səlahiyyətləri çərçivəsində rəy verir.
Beləliklə, məlum olur ki, İKTA bazara yeni bir telekommunikasiya operatorunun daxil olmasına müsbət rəy verib.
Görəsən hansı qurumdur, kimdir bu ?
Təəssüf ki, İKTA bu haqda açıqlama verməyib.
Xatırladıram ki, hazırda ölkədə cəmi 5 qurumda telekommunikasiya operatoru lisenziyası var:
1. Aztelekom
2. AzerTelecom
3. Baktelecom(AzEurotel -də bu qurumun tərkibindədir)
4. DeltaTelecom
5. Ultel
Görəsən 6-cı telekommunikasiya operatoru kimdir ?
Osman Gunduz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru