ABB-nin Rusiya törəməsi “MİR” ödəniş sistemi ilə kartların buraxılışına başlayıb

24-06-2024, 11:38           
ABB-nin Rusiya törəməsi “MİR” ödəniş sistemi ilə kartların buraxılışına başlayıb
“Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) Rusiyada törəmə bankı “ABB-MOSKVA” “MİR” ödəniş sistemi ilə kartların buraxılışına başlayıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, MIR bank kartları Visa və MasterCard beynəlxalq ödəniş sistemlərinin əvvəllər buraxılmış kartlarını əvəz edir.

Bank kartlarının emissiyası və onlara xidmət haqqı eyni olaraq qalır.

Qeyd edilib ki, 2024-cü ilin sonuna qədər “ABB-MOSKVA” ödəniş sistemi partnyorlarından bir çox sərfəli təkliflər təklif edən Mir Loyallıq Proqramına qoşulmağı planlaşdırır.

Xatırladaq ki, Rusiya Ukrayna müharibəsi ilə bağlı tətbiq edilən sanksiyalar səbəbindən Visa və MasterCard beynəlxalq ödəniş sistemləri 2022-ci ilin mart ayından etibarən Rusiya banklarına xidmət göstərməyi dayandırıb.

"MİR” ödəniş sistemi 2015-ci ildə fəaliyyətə başlayıb və Rusiyanın milli ödəniş sistemidir. Hazırda 270 bank “MİR” ödəniş sisteminin iştirakçısıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.